TƏRƏFDAŞLAR


Məqalələr

Cəlil Məmmədquluzadə yaradıcılığında ana dili məsələləri

Nuray Əliyeva
DOI: https://dx.doi.org/10.48445/p1363-5521-8528-i
ORCID ID: https://orcid.org/0000-0003-0223-5199
Tarix: 08 Yanvar 2024

XÜLASƏ 

Məqalədə görkəmli Azərbaycan mütəfəkkiri Cəlil Məmmədquluzadənin yaradıcılığında dil məsələlərindən bəhs edilir. Göstərilir ki, o, bütün yaradıcılığı boyu ana dilinin inkişafı və təkmilləşdirilməsi uğrunda daim mübarizə aparmış, bu sahədə əhəmiyyətli işlər görmüşdür. Onun redaktoru və naşiri olduğu “Molla Nəsrəddin” jurnalında ana dili problemi hər zaman diqqət mərkəzində saxlanılmışdır. C.Məmmədquluzadə məqalə və bədii əsərlərində milli dili ədəbi dil səviyyəsinə qaldıra bilmiş, sadə dildə yazdığı əsərləri ilə millətini oyatmağa və ana dilinə yad münasibəti kökündən dəyişməyə nail olmuşdur. Sadə xalq kütlələrini, savadsız, dünya hadisələrindən bixəbər insanları qəflət yuxusundan ayıltmağa və öz hüquqları uğrunda mübarizəyə səsləyən böyük ədibin əsərlərinin təsir gücü olduqca qüvvətli olduğundan o, öz qələmindən bu müqəddəs məqsəd üçün bir silah kimi istifadə etməyə müvəffəq ola bilmişdi. Təbii ki, bu işdə Mirzə Cəlilə uğur qazandıran ən əsas amillərdən biri də istifadə etdiyi sadə, aydın, ümumxalq dili idi.  təkmilləşdirilməsi uğrunda daim mübarizə aparmış, bu  sahədə əhəmiyyətli işlər görmüşdür. Onun redaktoru və  naşiri olduğu “Molla Nəsrəddin” jurnalında ana dili  problemi hər zaman diqqət mərkəzində saxlanılmışdır.  C.Məmmədquluzadə məqalə və bədii əsərlərində milli  dili ədəbi dil səviyyəsinə qaldıra bilmiş, sadə dildə  yazdığı əsərləri ilə millətini oyatmağa və ana dilinə yad  münasibəti kökündən dəyişməyə nail olmuşdur. Sadə xalq kütlələrini, savadsız, dünya hadisələrindən bixəbər  insanları qəflət yuxusundan ayıltmağa və öz hüquqları  uğrunda mübarizəyə səsləyən böyük ədibin əsərlərinin təsir gücü olduqca qüvvətli olduğundan o, öz qələmindən bu müqəddəs məqsəd üçün bir silah kimi istifadə etməyə müvəffəq ola bilmişdi. Təbii ki, bu işdə Mirzə Cəlilə uğur qazandıran ən əsas amillərdən biri də istifadə etdiyi sadə, aydın, ümumxalq dili idi. 


AÇAR SÖZLƏR 

dil məsələləri, ana dili problemi, ədəbi dil,  “Molla Nəsrəddin” jurnalı, milli dil 


 

Məqaləni yüklə

İNDEKSLƏMƏ