“Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalının yaranma tarixinə bir nəzər
Aytən TeymurovaDOI: https://doi.org/10.48445/n8302-2812-1364-u
ORCID ID: https://orcid.org/0000-0002-5301-2545
Tarix: 19 Yanvar 2024
XÜLASƏ
Məqalədə “Azərbaycan dili və ədəbiyyat tədrisi” elmi-metodik jurnalının yaranma tarixinə nəzər salınmış, keçdiyi inkişaf yolu, əhəmiyyəti, mövzu istiqamətləri işıqlandırılmış, jurnala rəhbərlik edən baş redaktorlar haqqında məlumat verilmişdir. Altmış səkkiz il ərzində pedaqoji ictimaiyyətin xidmətində olan jurnal elmi-metodik təcrübənin artırılması, qabaqcıl müəllimlərin iş təcrübəsinin ümumiləşdirilib yayılması, tarixi və müasir metodika üzrə yazıların dərc edilməsilə hər dövr üçün praktik əhəmiyyətə malikdir. Məqalədə həmçinin jurnalın əsas fəaliyyət istiqamətlərindən söhbət açılmış, onun səhifələrində öz əksini tapan təlim-tərbiyə, tədris və tədqiqat məsələlərinin Azərbaycan dili və ədəbiyyat müəllimlərinin, həmçinin bu adı qazanmağa çalışan tələbələrin təkmilləşməsində olan rolu vurğulanmışdır.
AÇAR SÖZLƏR
jurnal, yaranma tarixi, redaktor, rubrika, tədris