Süleyman Sani Axundov: şifahi xalq ədəbiyyatının yazılı ədəbiyyatla əlaqəsinin bilicisi kimi
Sevinc ƏliyevaDOI: https://doi.org/10.48445/s4563-0389-5162-c
ORCID ID: https://orcid.org/0000-0002-5666-168X
Tarix: 19 Yanvar 2024
XÜLASƏ
Süleyman Sani Axundov Azərbaycan ədəbiyyatında maarifçilik ideyalarının yayılması istiqamətində mühüm xidmətləri olan sənətkarlardan biridir. M.F.Axundov ədəbi məktəbinin davamçısı kimi onun əsərlərində müsbət insani keyfiyyətlər, zəngin həyat tərzi və əməlləri ilə bərabər, insanların nadanlığa, riyakarlığa, bir sözlə, mövhumata qarşı etirazı öz əksini tapmışdır. Mənbələr təsdiq edir ki, ədəbiyyatda həmsoyadı Mirzə Fətəli Axundovdan fərqlənmək üçün ərəbcə “ikinci” mənasını daşıyan “Sani” sözünü özünə təxəllüs götürmüşdür. Onun oxucular tərəfindən sevilməsinin bir səbəbi də düzgün mövzu seçimi və insanların ruhunu oxşaya bilməsi olmuşdur. Xalq ədəbiyyatı nümunələrinin yazılı ədəbiyyatda istifadəsi milli-mənəvi dəyərlərin, xalq hikmətinin qorunub saxlanılmasına xidmət edir. S.S.Axundovun yaradıcılığı da bu istiqamətdə böyük zənginliyə malikdir.
AÇAR SÖZLƏR
xalq ədəbiyyatı, yazılı ədəbiyyat, atalar sözləri, xalq ifadələri, hekayələr, dramlar