Bayatıların uşaqların mənəvi aləminə təsiri və orta məktəblərdə tədrisi məsələləri
Çinarə RzayevaDOI: https://doi.org/10.48445/m8493-5151-2240-e
ORCID ID: https://orcid.org/0000-0003-0655-9342
Tarix: 19 Yanvar 2024
XÜLASƏ
Məqalədə bayatıların uşaqların mənəvi inkişafındakı yeri və təsiri araşdırılmış, onların mənəvi zənginliyinin artması və mükəmməl fərd kimi böyüməsində bu janrın rolu müəyyən edilmişdir. Həmçinin orta məktəblərdə bayatıların tədrisi məsələsinə verilən önəm və onların mənimsənilməsi üçün müasir təlim metod və üsullardan istifadə edilmə yolları da araşdırılmışdır. Aparılan tədqiqatlardan məlum olmuşdur ki, bayatıların tədrisi zamanı mövzuya və yaş həddinə uyğun nümunələrin seçilməsi ilə qarşıya qoyulan məqsədə nail olmaq mümkündür. Məqalədə bayatıların uşaqların milli ruhda böyüyüb formalaşmasına göstərdiyi xüsusi təsir də nəzərə çatdırılıb. Araşdırmalardan bir daha əmin olundu ki, bayatıların uşaqların həyatındakı rolu və əhəmiyyəti böyükdür.
AÇAR SÖZLƏR
folklor, bayatı, tərbiyə, məktəb, tədris