Bəxtiyar Vahabzadə yaradıcılığında ana dili və onun tədrisi məsələləri
Kamal Camalov / Sevda KərimovaDOI: https://doi.org/10.48445/s9573-3379-7375-g
ORCID ID: https://orcid.org/0000-0003-1977-7250 / https://orcid.org/0000-0002-8063-4737
Tarix: 19 Yanvar 2024
XÜLASƏ
Məqalədə gəncliyin mənəvi tərbiyəsində ana dilinin rolu haqqında fikirlər əks edilmişdir. Göstərilir ki, Xalq şairi Bəxtiyar Vahabzadəni ömrü boyu məşğul edən məsələlərdən biri də ana dili və onun tədrisi ilə bağlı problemlər olmuşdur. O, dilimizin “vətəndaşlıq hüquqları”, onun poetik, leksik imkanlarını yaşatmaq uğrunda mübarizə aparanlardan biri kimi yadda qalmışdır. Vətənpərvər şair doğma ana dilinə biganəliyə, ona ögey münasibət bəslənilməsinə yazıçı-vətəndaş mövqeyini bildirən çox az saylı ziyalılarımızdandır. Görkəmli sənətkarın ana dili və onun hüquqlarının qorunması uğrunda mübarizəsinin məzmun istiqaməti, əsas parametrləri məqalədə əhatəli şəkildə işıqlandırılmışdır.
AÇAR SÖZLƏR
pedaqoq-alim Bəxtiyar Vahabzadə, ana dili və onun tədrisi, dilin dirçəlişi və inkişafı, yazıçı-vətəndaş mövqeyi, milli varlıq