Rəsul Rza yaradıcılığında dil məsələləri
Aliyə QuliyevaDOI: https://doi.org/10.48445/b1343-7175-6081-q
ORCID ID: https://orcid.org/0000-0002-2782-8380
Tarix: 19 Yanvar 2024
XÜLASƏ
Məqalədə bədii söz sənətkarlarının ədəbi dilimizin inkişafındakı rolunu daim izləyən və yeri gəldikcə bu barədə özünün elmi-nəzəri fikirlərini qələmə aldığı əsərlərində əks etdirən tədqiqatçı-alim professor Yusif Seyidovun Xalq şairi Rəsul Rzanın yaradıcılığında yer alan dil məsələlərindən bəhs edilir. Tədqiqatçı-alim “Rəsul Rza” adlı araşdırmasında qeyd edir ki, böyük şair dil məsələsinə yaradıcılığı dövründə dəfələrlə müraciət etmiş, dilə yüksək qiymət verərək sözün insanlar arasında, ədəbi-bədii əsərlərdə xüsusi əhəmiyyətə malik olduğunu bildirmişdir. Y.Seyidov bununla bərabər, R.Rzanın Azərbaycan ədəbi dilinin inkişafındakı xidmətlərindən də söz açmış, konkret faktlara istinad edərək bildirmişdir ki, böyük şair öz yaradıcılığında söz və ifadə vasitəsilə dilimizin zənginləşdirilməsi sahəsində çox işlər görmüşdür. Məqalədə Azərbaycan şeirinə yeni forma gətirən sənətkar kimi şöhrət tapan novator şairin dil, söz və sənətkarlıq məsələlərindən bəhs edilərkən şeirlərindən nümunələrə də yer ayrılmışdır.
AÇAR SÖZLƏR
ədəbi dil, poeziya, dil məsələləri, sənətkarlıq xüsusiyyətləri