Nitq səhvləri və nitq defektləri
Nərgiz HacıyevaDOI: https://doi.org/10.48445/r2101-8489-3575-k
ORCID ID: https://orcid.org/0000-0003-4298-0097
Tarix: 19 Yanvar 2024
XÜLASƏ
Nitq mədəniyyətinin tədqiq etdiyi sahələrdən biri nitq səhvləridir. Nitq səhvləri dedikdə, dil normalarının pozulması, tələffüz səhvləri, yazıda buraxılan səhvlər, anlaşılmazlıq səbəbindən yaranan səhvlər, alınma sözləri bilməmək və ya çətin anlamaqdan irəli gələn səhvlər və s. başa düşülür. Ünsiyyət prosesi zamanı, sadə danışıq dili və sözlərin tələffüzündə bir sıra səhvlər özünü göstərir ki, bunlar da müxtəlif fonetik hadisələrlə üzə çıxır. Nitq səhvləri dilin bütün – fonetik, morfoloji, leksik və sintaktik səviyyələrində özünü göstərir. Belə səhvlərə anlaşılmazlıq da daxildir ki, çox vaxt bu hal komik vəziyyət yaradır. Yazıçılar, habelə digər sənət sahibləri komik anlaşılmazlıqdan müəyyən üslubi məqsədlərlə istifadə edirlər. Bəzən nitq səhvləri və nitq qüsurları terminləri bir-birilə qarışıq salınır. Nitq qüsurları müəyyən xəstəliklər və psixi pozuntularla əlaqədar meydana çıxan nitq defektləridir ki, buraya kəkələmənin müxtəlif növləri aiddir. Hər iki hadisə müəyyən psixoloji vəziyyətlə əlaqədar meydana çıxsa da, onlar fərqli nitq hadisələri kimi tədqiq olunmalıdır. Məqalədə daha çox dil normalarının pozulması, tələffüz və alınma sözlərlə bağlı məsələlər irəli çəkilir.
AÇAR SÖZLƏR
nitq səhvi, nitq defekti, psixi pozuntu, tələffüz, kəkələmə