TƏRƏFDAŞLAR


Məqalələr

ADPU-nun Filologiya fakültəsi ötən əsrin 20-ci illərində

Yaqub Babayev
DOI:
ORCID ID: https://orcid.org/0000-0002-2220-1378
Tarix: 20 Dekabr 2023


XÜLASƏ 

Məqalədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin XX əsrin 20-ci illərindəki həyatı və keçdiyi inkişaf yolundan söhbət açılır. Göstərilir ki, ADPU Azərbaycanın ikinci dünyəvi istiqamətli milli ali təhsil ocağı, həm də dünyəvi təmayüllü ilk milli ali pedaqoji tədris müəssisəsidir. Təhsil ocağı 1921-ci ildə fəaliyyətə başlamış, 100 il ərzində böyük uğurlar qazanmışdır. Məqalədə ADPU-nun ilk fakültələrindən olan Filologiyanın yaranmasında qarşıya çıxan çətinliklər nəzərə çatdırılır, bu çətinliklərin aradan qaldırılması üçün görülən işlər izah olunur, fakültənin müəllim və tələbə kontingenti barədə məlumat verilir. Həmçinin fakültədə pedaqoji, elmi-pedaqoji istiqamətdə görülən işlərdən, ictimai-mədəni tədbirlərdən bəhs olunur. Qeyd olunur ki, fakültənin ötən əsrin 20-ci illərindəki həyatı, bu dövrdə görülən işlər onun sonrakı inkişafı üçün bir baza rolunu oynamışdır. 


 

AÇAR SÖZLƏR 

Azərbaycan Dövlət Pedaqoji Universiteti, Filologiya fakültəsi, 20-ci illər, məktəb, maarif, təhsil tarixi, pedaqoji fikir 

Məqaləni yüklə

İNDEKSLƏMƏ