Mirvarid Dilbazinin dil-üslub xüsusiyyətləri
Sədaqət HəsənovaDOI: https://doi.org/10.48445/p1304-1147-6968-k
ORCID ID: https://orcid.org/0000-0002-0839-8469
Tarix: 19 Yanvar 2024
XÜLASƏ
Məqalədə Azərbaycanın tanınmış şairəsi Mirvarid Dilbazinin dil-üslub xüsusiyyətlərindən bəhs edilir, ədəbi dildə yeni söz, ifadə yaradıcılığı maraqlı və orijinal proseslərdən biri kimi dəyərləndirilir. Həmin prosesdə Mirvarid Dilbazinin də xüsusi rolu vardır. Bu məqsədlə, onun əsərləri üzərində araşdırma aparılır, fərqli söz və ifadələr üzə çıxarılır. Araşdırmada görkəmli sənətkarın yazı dilindəki maraqlı fonetik və qrammatik üslub vasitələri təhlilə cəlb olunur. Bədii dildə üslub keyfiyyəti yaradan vasitələrin çox işlənməsi onun təsirli və emosional olmasına imkan yaradır. Bu baxımdan, məqalədə sənətkarın yazı dilindəki xitab və təkrarlara xüsusi diqqət edilir, irəli sürülən elmi-nəzəri fikirlər poetik faktlarla əsaslandırılır.
AÇAR SÖZLƏR
dil, üslub, söz, ifadə, məna