TƏRƏFDAŞLAR


Məqalələr

Azərbaycan aşıq yaradıcılığının poetik dili (Aşıq Hüseyn Bozalqanlı)

Fəxriyyə Cəfərova
DOI: https://dx.doi.org/10.48445/TAIIJ.2021.73.43.001
ORCID ID: https://orcid.org/0000-0001-6190-7210
Tarix: 20 Dekabr 2023


XÜLASƏ 

Məqalədə  Azərbaycan aşıq yaradıcılığının poetik dilindən danışılır. Bu məqsədlə Aşıq Hüseyn Bozalqanlının əsərlərinə müraciət olunur. Poetik dilin əsas xüsusiyyətlərini göstərən dil-üslub faktları üzə çıxarılır. Aşığın şeirlərindəki arxaik sözlər və dialektlər bədii dili zənginləşdirən faktlar kimi qiymətləndirilir. Məqalədə həm də Azərbaycanın tanınmış aşıqlarından olan Hüseyn Bozalqanlının yaradıcılığı əsasında aşıq poeziyasının dili elmi-nəzəri təhlilə cəlb edilir. Aşığın əsərlərindəki fonetik üslub vasitələrindən də danışılır və bu baxımdan, ritmik təkrarlara xüsusi diqqət yetirilir. Məqalədə müasir Azərbaycan dilində işlənməyən bəzi maraqlı nümunələrin mənası izah edilir. Bundan başqa, Aşıq Hüseyn Bozalqanlının əsərlərindəki orijinal dil və üslub faktları haqqında elmi fikirlər irəli sürülür. Həmin elmi fikirlər aşığın yaradıcılığından alınmış dil faktları ilə təsdiq edilir.  


AÇAR SÖZLƏR 

dil, söz, üslub, aşıq, fikir 


 

Məqaləni yüklə

İNDEKSLƏMƏ