Arxaizmlərin leksik-semantik xüsusiyyətləri
Sofiya MirzəyevaDOI: https://dx.doi.org/10.48445/TAIIJ.2021.20.66.001
ORCID ID: https://orcid.org/0000-0002-7396-6039
Tarix: 20 Dekabr 2023
XÜLASƏ
Dil ictimai hadisə olduğu üçün bütün tarixi hadisələr, cəmiyyətdəki dəyişikliklər onda əks olunur. Dilin lüğət tərkibində xalqın tarixi təzahür edir. Sözlər elmdə, texnikada, mədəniyyətdə baş verən dəyişikliklərin, tarixi hadisələrin canlı şahidləridir. Zaman keçdikcə bəzi məfhumlar dəyişib yox olur, onları bildirən sözlər isə köhnələrək öz ümumişlək xüsusiyyətini itirir. Bu cür sözlər köhnəlmiş sözlər adlanır. Dövlət quruluşları, ictimai-siyasi funksiyalar, insanların həyat və yaşayış şəraiti dəyişdikcə, elm və texnikanın inkişafı, dilin özünün inkişaf etməsi və zənginləşməsi ilə əlaqədar olaraq sözlərin köhnəlməsi ilə də arxaizmlər yaranır.
AÇAR SÖZLƏR
Azərbaycan dili, köhnəlmiş sözlər, arxaizmlər, tarixizmlər, leksik-semantik, ümumişlək