TƏRƏFDAŞLAR


Məqalələr

Feili bağlamalardan sonra vergül qoyulmalıdırmı?

Nabatəli Qulamoğlu
DOI: https://dx.doi.org/10.48445/TAIIJ.2021.34.72.001
ORCID ID: https://orcid.org/0000-0002-6241-4490
Tarix: 20 Dekabr 2023


XÜLASƏ 

Uzun illərdən bəri feili bağlamalardan sonra vergülün işlənməsi qızğın mübahisə predmeti olmuşdur. Bu məqalədə feili bağlamaların qrammatik xüsusiyyətlərinə söykənərək onun əsas feil ilə həmcins ola bilməsi ideyasını mübahisələndirmişik. Dilçilər arasında belə təsəvvür formalaşıb ki, “-ıb”, “-araq”, “-ınca” şəkilçili sözlərin hamısı feili bağlamadır. Biz bu şəkilçilərdən sonra vergülün qoyulmasının mütləq hal deyil, kontekstual olduğunu vurğulamışıq. Kontekst isə məlum şəkilçili sözlərin yeni qrammatik keyfiyyət əldə etməsi ilə bağlıdır. Həmin halları sadalamışıq. Bu, feilin nəqli keçmiş zamanında işlənmiş həmcins feillər; ara birləşmələr və həmin şəkilçilərin xüsusiləşmiş tərkibdə işlənməsi ilə bağlıdır. Bundan ötrü M.Adilovun həmin mövzuya həsr etdiyi məqaləsi təhlil edilmişdir. Müəllifin araşdırmasında müsbət fikirlər və çatışmayan hallar aşkarlanmışdır. Dilçi alimlərimizin feili bağlama barədə təqdim etdikləri dəyərli fikirlər əsasında geniş müqayisə aparılmışdır. Bununla da isbat edilmişdir ki, feili bağlamalardan sonra vergül qoyulması üçün heç bir qrammatik əsas yoxdur. 


AÇAR SÖZLƏR 

feili bağlama, punktuasiya,  omonim şəkilçilər, təsriflənməyən feil 

Məqaləni yüklə

İNDEKSLƏMƏ