İnteqrasiya anlayışının mahiyyəti və əhəmiyyəti
Fatimə QarayevaDOI: 10.48445/j4411-1042-0898-n
ORCID ID: https://orcid.org/0009-0001-9032-9437
Tarix: 29 Fevral 2024
XÜLASƏ
“Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)” sənədində ümumi təhsilin inteqrasiyası əsas prinsip kimi nəzərdə tutulur. Göstərilən sənəddə ümumi təhsilin pillələri və bu pillələr arasında intensivliyin diqqətdə saxlanılması prioritet məsələlərdəndir. Məktəbdə tədris edilən fənlər arasında bu və ya digər dərəcədə inteqrasiyadan istifadə edilir. Bu da onunla əlaqədardır ki, fənlərin hamısı öz mənbəyini həyatdan götürür. Dünyada bütün canlı və cansız varlıqlar bir-biri ilə sıx əlaqədədir. Bu cəhətdən elmdən həyata, həyatdan başqa elm sahələrinə bağlılıq müəyyən etməklə müxtəlif elm sahələri və fənlər arasında əlaqə qurmaq mümkündür. Təlimin səmərəliliyinin artırılmasında inteqrasiya olduqca mühüm rol oynayır. İnteqrativlik prinsipi ayrı-ayrı kateqoriya və anlayışların öyrənilməsində ən əlverişli metod kimi də hesab edilə bilər.
AÇAR SÖZLƏR
sosial sfera, struktur-semantik vahid, inteqrasiya, morfologiya, inteqrativlik prinsipi