Orta məktəbdə orfoqrafiya və orfoepiya təliminin linqvistik-metodoloji əsaslarının tətbiqi
Dilarə ƏləskərliDOI: 10.48445/k3418-6517-6079-k
ORCID ID: https://orcid.org/0009-0004-7722-3437
Tarix: 29 Fevral 2024
XÜLASƏ
Orta məktəb Azərbaycan dili tədrisinin ən əhəmiyyətli sahələrindən biri də orfoqrafiya və orfoepiya təlimidir. Orfoqrafiya təlimi şagirdlərə düzgün yazı vərdişlərini, orfoepiya təlimi isə düzgün tələffüz qaydalarını öyrədir. Orfoqrafiya və orfoepiya təlimi zamanı linqvistik əsaslara xüsusi diqqət yetirilməli və müəllimlər tərəfindən düzgün seçilmiş metod və üsullarla tədris olunmalıdır. Bu mənada orfoqrafiya və orfoepiya qaydalarının şagirdlərə müasir metod, üsul və vasitələrlə düzgün istiqamətlərdə mənimsədilməsi olduqca vacibdir. Məhz bu yolla şagirdlərin düzgün yazı və tələffüzlə bağlı bilik, bacarıq və vərdişləri inkişaf edəcəkdir.
AÇAR SÖZLƏR
orfoqrafiya, orfoepiya, təlim, şagird, metod