Müasir məktəbli təfəkkürünün didaktik və metodik tələblər əsasında formalaşmasında interaktiv təlimin rolu
Elnazə CabbarovaDOI: 10.48445/y8609-8201-6195-y
ORCID ID: https://orcid.org/0009-0003-3689-7139
Tarix: 29 Fevral 2024
XÜLASƏ
Müasir dövrdə didaktika elmi biliklərin mühüm sahəsini təşkil edərək təhsil və təlim problemlərini öyrənir, onun müxtəlif tərəflərinin qanunauyğunluqları haqqında biliklər verir. Təlim prinsiplərini dəqiqləşdirməyə, şagirdyönümlü metod və üsulların potensial gücünü təyin etməyə şərait yaradan didaktikada “pedaqoji fəaliyyət”, “təhsil”, “pedaqoji şüur” kimi məfhumlardan geniş şəkildə istifadə edilir. Didaktikanın özünəməxsus terminləri mövcuddur: “təlim”, “tədris”, “təhsilin məzmunu”, “təlim metodu” və s. terminlər həmin anlayışlar qrupuna daxildir. Ənənəvi təlimlə müqayisədə bu təlimin səciyyəvi xüsusiyyətləri haqqında daha çox məlumat əldə etmək mümkündür. Motivasiyanın qurulmasından başlayaraq, şagird nailiyyətlərinin qiymətləndirilməsi də daxil olmaqla bütün mərhələlərdə bu təlimin mütəhərrikliyi təzahür edir.
AÇAR SÖZLƏR
didaktika, təlim prosesi, didaktik konsepsiya, proqramlaşdırılmış fəaliyyət, pedaqoji şüur