Aşıq şeirinin dilində hikmətli fikirlər
Fəxriyyə CəfərovaDOI: 10.48445/v7166-9901-4915-l
ORCID ID: https://orcid.org/0000-0001-6190-7210
Tarix: 29 Fevral 2024
XÜLASƏ
Məqalədə Azərbaycan aşıq ədəbiyyatının dili ilə bağlı məsələlərdən bəhs olunaraq aşıq şeirinin linqvistik xüsusiyyətləri ön plana çəkilir, bu şeir dilindəki hikmətli söz və ifadələr təhlil obyektinə çevrilir. Tədqiqat işində həmçinin müxtəlif aşıqların yaradıcılığına müraciət edilir, onların aforizm səviyyəli əsərləri araşdırılaraq hikmətli fikirlər atalar sözləri ilə müqayisə edilir. Məqalədə hikmətli fikirlərin əhəmiyyətli cəhətləri işıqlandırılmaqla yanaşı, onların müsbət əxlaqi xüsusiyyətlərin inkişafındakı rolundan danışılır. Hətta belə bir fikir də irəli sürülür ki, hikmətli sözlərdə ifadə olunan ideyalar cəmiyyətin idarə olunmasına müsbət təsir göstərir. Məqalədə irəli sürülən elmi-nəzəri fikirlər dil-üslub faktları ilə əsaslandırılır.
AÇAR SÖZLƏR
söz, dil, fikir, hikmətli fikir, atalar sözləri