TƏRƏFDAŞLAR


Məqalələr

Antonimlərin üslubi imkanlarının açılmasında leksik-semantik təhlilin rolu

Rəhilə Hümmətova
DOI: 10.48445/h8865-7449-4971-s
ORCID ID: https://orcid.org/0000-0003-2521-6361
Tarix: 29 Fevral 2024

XÜLASƏ 

Müasir təhsilin təməl prinsiplərindən biri təhsilalanların mədəni nitq qabiliyyətinə yiyələnməsi və onun hərtərəfli inkişaf etdirilməsini təmin etməkdir. Mədəni nitqin inkişaf etdirilməsi dilimizin əsas lüğət fondunu təşkil edən sözlərin leksik-semantik xüsusiyyətlərinin şüurlu mənimsədilməsi ilə bağlı ardıcıl şəkildə aparılan işlərdən asılıdır. Məqalədə təhsilalanların yüksək nitq mədəniyyətinə yiyələnməsində sözlərin leksik-semantik xüsusiyyətlərinin, xüsusən antonimlərin üslubi imkanlarının açılmasında linqvistik təhlilin bir növü olan leksik-semantik təhlilin əhəmiyyətindən, şagirdlərin lüğət ehtiyatının zənginləşməsindəki rolundan konkret faktlarla söhbət açılmışdır. Bu da öz növbəsində inteqrativ əsaslı təlimin həyata keçirilməsində mühüm əhəmiyyət daşıyır.  


 


AÇAR SÖZLƏR 

linqvistik təhlil metodu,  

leksik-semantik təhlil,  

antonim, antonimlərin 

üslubi imkanları 

Məqaləni yüklə

İNDEKSLƏMƏ