Şəxssiz cümlələrdə struktur-semantik genişlənmə
Ədalət AbbasovDOI: 10.48445/a7927-2076-3963-e
ORCID ID: https://orcid.org/0000-0002-9704-1874
Tarix: 29 Fevral 2024
XÜLASƏ
Mübtədanın olmaması şəxssiz cümlənin səciyyəvi əlamətidir. Belə cümlə konstruksiyasında şəxssizliyin əsas təzahür forması onun xəbəridir. Qeyd etdiyimiz kimi, şəxssiz cümlə mübtəda ilə xəbərin sintezindən ibarətdir. Mübtəda xəbərin semantik bazasında passiv mövqedə hiss olunur. Deməli, bu cür konstruksiyalar predikativ mərkəz əsasında formalaşır. Bu cəhətdən də şəxssiz cümlələrin sintaktik semantikasının təzahüründə xəbər prioritet üzv kimi qəbul edilir. Şəxssiz cümlələrdə struktur subyektdən söhbət gedə bilmədiyi üçün subyektin predikativ inteqrasiyası nəticəsində təzahürü daha çox diqqəti cəlb edir. Bu baxımdan “şəxssiz cümlələrin struktur-semantik genişlənməsində müxtəsər və geniş cümlələrin xəbərlərinin ifadə vasitələrinin xüsusi rolu vardır” fikrini tərəddüdsüz söyləyə bilərik.
AÇAR SÖZLƏR
qrammatik deformasiya, konstruktiv struktur, genişləndirilmiş cümlələr, morfoloji ifadə, nominativ quruluş