TƏRƏFDAŞLAR


Məqalələr

Naxçıvan dialekt və şivələrində xalçaçılıq leksikası

Nuray Əliyeva
DOI: https://dx.doi.org/10.48445/TAIIJ.2021.83.48.001
ORCID ID: https://orcid.org/0000-0003-0223-5199
Tarix: 20 Dekabr 2023


XÜLASƏ 

Məqalə Naxçıvan dialekt və şivələrində bölgə əhalisinin ən qədim məşğuliyyət sahələrindən olan xalçaçılıqla bağlı işlənən dialekt vahidlərinin tədqiqinə həsr olunmuşdur. Xalçaçılıq burada da, Azərbaycanın digər bölgələrində olduğu kimi yaxşı inkişaf etmişdir. Naxçıvanda toxunan qədim xalçalar bu gün də milli-mənəvi dəyərlərimiz kimi müxtəlif muzeylərdə qorunmaqdadır. Hər bir sənət sahəsi kimi xalçaçılıq da inkişaf etdikcə, onunla bağlı leksika zənginləşmiş, xalq dilinin geniş imkanlarından burada da yaradıcı şəkildə istifadə olunmuşdur. Naxçıvan dialekt və şivələrində xalçaçılıqla bağlı işlənən sözlər tədqiqata cəlb olunaraq göstərilir ki, xalçatoxuma prosesi ipin əyrilərək hazırlanması, boyanması, xalçanın toxunması kimi bir neçə mərhələni əhatə etdiyi üçün şivələrdə bu sahədə çalışan insanların, onların işlətdiyi alətlərin, materialların adlarını bildirən çox sayda ədəbi dildə olmayan leksik vahidlərə rast gəlirik. Xalçaçılıq qədim sənət sahələrindən olduğu üçün burada işlənən sözlər də, qədim tarixə malik dil vahidləridir. Tədqiqat xalçaçılığa aid leksik vahidlərin bir çoxunun ümumtürk sözləri olduğunu, bir çox türk dilləri və dialektlərində işləndiyini göstərir. 


AÇAR SÖZLƏR 

dialekt və şivə, leksika, xalçaçılıq, peşə-sənət sözləri 

Məqaləni yüklə

İNDEKSLƏMƏ