XIX əsrdə yaranan Azərbaycan uşaq ədəbiyyatının tədqiqi və nəşri
Sevinc RəsulovaDOI: doi.org/10.48445/h3254-8649-3239-w
ORCID ID: https://orcid.org/ 0000-0003-1070-6069
Tarix: 25 Sentyabr 2024
XÜLASƏ
XIX əsr Azərbaycan uşaq ədəbiyyatının təşəkkül dövrüdür. Məhz bu dövrdə A. Bakıxanov, S. Ə. Şirvani, S.Vəlibəyov, R. Əfəndizadə, H. Qaradaği, M. T. Sidqi kimi yazıçı, şair və pedaqoqlarımız uşaq ədəbiyyatının yaradılması və inkişafı uğrunda fədakarcasına mübarizə aparmışlar. Məqalədə həmin mübarizənin xarakteri, mahiyyəti, istiqamətləri ədəbi-tarixi aspektdə şərh olunur, uşaq ədəbiyyatının formalaşması istiqamətində fəaliyyət göstərərək bu ədəbiyyatın qiymətli nümunələrini yaradan maarifpərvər qələm sahiblərinin yaradıcılığı nəzərdən keçirilir və yarandıqları dövrdən bu günə kimi müxtəlif nəşrlərdə dərc olunmaları barədə elmi məlumatlar verilir. Məqalədə eyni zamanda adları çəkilən müəlliflərin yaradıcılığının müəyyən məqamlarının tədqiqi istiqamətində araşdırmaların aparıldığı da vurğulanır. Müvafiq müşahidələr apararaq diqqətimizi bu əsərlərin bəzi məqamlarına yönəltmiş, onların ətraflı öyrənilməsi və nəşri problemi üzərində dayanmışıq.
AÇAR SÖZLƏR
nəşr, şairlər, yazıçılar, uşaq ədəbiyyatı, tədqiq