Ədəbiyyatda Şuşa − Qarabağ mövzusu: Qarabağlı ədiblərin yaradıcılığının tədrisi tarixi
Nazilə AbdullazadəDOI: doi.org/10.48445/h0149-1517-7259-w
ORCID ID: https://orcid.org/0000-0002-1829-7178
Tarix: 25 Sentyabr 2024
XÜLASƏ
Azərbaycan ümumtəhsil məktəbləri üçün dərslik siyasətinin aparıcı xəttini şagirdlərin dərsliklə təmin olunması təşkil edir. Hər il I – XI siniflər üzrə təkmilləşdirilən dərsliklər içərisində ədəbiyyat dərslikləri təhsilalanların şəxsiyyət kimi formalaşmasında əsas yer tutur. Sovet dövrü dərsliklərində xalqlar dostluğu, beynəlmiləlçilik mövzusunda əsərlərə, “qardaş” xalqların ədəbiyyatından nümunələrə daha çox yer verilirdisə, yeni nəsil dərsliklərdə insanın mənəvi dünyası, insanpərvərlik və s. mövzular önə çəkilir. Bu dərsliklərdə verilən bədii mətnlər təkcə ədəbiyyat tarixinin tanınmış sənətkarlarının həyat və yaradıcılığını öyrətməklə kifayətlənmir, əxlaqi-estetik, milli-mənəvi dəyərlərin, azərbaycançılıq ideologiyasının aşılanmasında da böyük rol oynayır. Ədəbiyyat dərsliklərində dərslik müəlliflərinin diqqət yetirdikləri mövzulardan biri də “Qarabağ”, “Şuşa” mövzusu, qarabağlı ədiblərin yaradıcılığı olmuşdur. 30 il işğal altında olan Şuşanın, Qarabağın tarixi və tarixi şəxsiyyətləri, şair və yazıçıları, bədii söz-sənət nümunələrinin tədrisə gətirilməsi unudulmamış, hər il təkmilləşən dərsliklərdə yer alması, xatırlanması diqqət mərkəzində olmuşdur.
AÇAR SÖZLƏR
dərslik, Şuşa, tədris, vətənpərvərlik, tərənnüm