Şagirdlərdə vətənpərvərlik hissinin inkişaf etdirilməsində folklor nümunələrinin rolu
Leyla HəsənovaDOI: doi.org/10.48445/q2029-8324-8992-b
ORCID ID: https://orcid.org/0009-0006-9057-9205
Tarix: 25 Sentyabr 2024
XÜLASƏ
Xalq ədəbiyyatı şagirdlərə cəsarət, qorxmazlıq, dürüstlük, vətən sevgisi, xalqın mənəvi dəyərlərinə hörmət, təbiəti sevmək və qorumaq kimi nəcib hissləri aşılamaq baxımından müstəsna imkanlara malikdir. Bunun əsas şərtlərindən biri, bəlkə də başlıcası müəllimlərin pedaqoji qabiliyyətidir. Bütün bunlar onu deməyə əsas verir ki, şifahi xalq ədəbiyyatının tədrisi prosesində şagirdlərə əxlaqın bütövlüyünü təmin etməyə imkan verən etnopedaqoji nümunələrdən və düzgün iş metodlarından istifadə etmək lazımdır.
AÇAR SÖZLƏR
folklor, tədris, şagird, vətənpərvərlik, inkişaf