TƏRƏFDAŞLAR


Məqalələr

Bağlayıcılar “Kitabi-Dədə Qorqud”da mətni bağlayan vasitə kimi

Nərmin Mehdiyeva
DOI: doi.org/10.48445/a2346-3515-6480-g
ORCID ID: https://orcid.org/0009-0001-9072-8702
Tarix: 25 Sentyabr 2024

XÜLASƏ  

Məqalədə bağlayıcıların, onların növlərinin, əsasən də sual ədatının bağlayıcı vasitə kimi rolundan bəhs edilir. Həmçinin bağlayıcılar haqqında ümumi mənzərə “Kitabi-Dədə Qorqud” dastanına mənsub olan mətnin nümunələri əsasında araşdırılmış, bağlayıcı növlərinə aid olan nümunələrin mətndəki funksiyası müəyyənləşmişdir. “Kitabi-Dədə Qorqud”un dilindəki mürəkkəb sintaktik bütövlərdə açar söz iştirak etsə də, o, mətn komponentlərinin hamısını əlaqələndirmir, eləcə də mətn boyu açar sözün iştirak etdiyi mürəkkəb sintaktik bütövlərə az-az təsadüf olunur. Açar sözün ilk cümlələrdən başqa növbəti sintaktik vahidlərdə ifadə olunmayıb funksionallıqda qalması “Kitabi-Dədə Qorqud”un dilindəki mürəkkəb sintaktik bütövlər üçün xarakterik haldır. 


AÇAR SÖZLƏR 

bağlayıcı, əlaqə,  məna, mətn 


 



 


  


 

Məqaləni yüklə

İNDEKSLƏMƏ