XXI əsrin hazırkı mərhələsində ümumtəhsil məktəblərində ədəbiyyat təliminin yeni məzmununun inkişafetdirici xüsusiyyətləri
Gülay BağırovaDOI: doi.org/10.48445/w4802-6918-9945-f
ORCID ID: https://orcid.org/0009-0002-4794-0748
Tarix: 25 Sentyabr 2024
XÜLASƏ
Təlimə yeni münasibət məsələsi son dövrün aktual mövzularındandır. Ölkəmizdə son illərdə uğurla həyata keçirilən təhsil islahatları ümumtəhsil məktəblərində ədəbiyyat fənninin tədrisinə, onun məqsəd və vəzifələrinə, metod və texnologiyalarına yeni yanaşmanı zəruri etmişdir. Bu baxımdan məqalədə rəsmi sənədlərdə əksini tapmış göstəriş və istiqamətlər diqqət mərkəzində saxlanılmış, təhsil sahəsində aparılan islahat proqramlarının ədəbiyyat fənninin tədrisi prosesində əhəmiyyəti araşdırılmışdır. Məqalədə həmçinin ədəbiyyat fənni üzrə dərslik komplektinin (dərslik və müəllim üçün metodik vəsait) məzmun və strukturu ümumi şəkildə təhlil olunmuş, yeni dərsliklərin inkişafetdirici xüsusiyyətləri müəyyənləşdirilmiş, tədris prosesində interaktiv təlim metodlarından istifadə imkanları nəzərdən keçirilmişdir. Araşdırmanın nəticəsi kimi fəal təlim prosesində ədəbiyyat təliminin yeni məzmunu tədqiq olunmuş, ədəbi biliklərin verilməsi prosesində fəal təlim texnologiyalarından istifadənin sistemi və onun təlimi nəticəyə təsiri ümumiləşdirilmişdir.
AÇAR SÖZLƏR
fəal / interaktiv təlim, modernləşdirmə, islahat, proqram, layihə