TƏRƏFDAŞLAR


Məqalələr

Lirik folklor nümunələrində multikultural dəyərlərin ifadəsi və mənimsənilməsinin təşkili

Günel Hümmətova (Pəniyeva)
DOI: doi.org/10.48445/s1233-7007-0746-z
ORCID ID: https://orcid.org/0000-0002-8916-3484
Tarix: 25 Sentyabr 2024

XÜLASƏ 

Əsrlərin sınağından çıxan şifahi xalq ədəbiyyatı nümunələri janr əlvanlığı, dil-üslub aydınlığı, poetik tutumu, xəlqiliyi ilə daim diqqəti cəlb edir. Bu nümunələrin ən mühüm cəhətlərindən biri də onda digər xalqlara hörmət və ehtiramın ifadə edilməsidir. Məlumdur ki, Azərbaycan tarixən azsaylı xalqların, etnik qrupların vətəni olmuşdur. Azərbaycan türklərinin milli xarakterindəki insana hörmət, haqq-ədalətə tapınmaq, müxtəlif dinlərin və millətlərin nümayəndələrinə səmimi münasibət kimi keyfiyyətlər ona həmişə hörmət və başucalığı gətirmişdir. Nəticədə, ölkəmizdə yaşayan xalqlar, etnik qruplar öz adət-ənənələrini, mənəvi sərvətlərini yaşatmış, zənginləşdirmişlər.  


AÇAR SÖZLƏR 

multikultural dəyərlər,  şifahi xalq ədəbiyyatı,  lirika, növ, milli dəyərlər 


 



 


  


 

Məqaləni yüklə

İNDEKSLƏMƏ