İbtidai sinif şagirdlərinin nitq vərdişlərinin inkişaf etdirilməsində məntiqi xarakterli tapşırıqların rolu
Könül MəmmədovaDOI: doi.org/10.48445/i6618-4402-1163-q
ORCID ID: https://orcid.org/0000-0001-8664-4912
Tarix: 25 Sentyabr 2024
XÜLASƏ
Məqalədə ibtidai siniflərdə rabitəli nitq vərdişlərinin inkişaf etdirilməsində məntiqi tapşırıqların əhəmiyyətindən bəhs olunur. Belə ki, şagirdlərin məntiqi qabiliyyətlərinin inkişafına nə qədər erkən başlanılsa, nəticə də bir o qədər qənaətbəxş olar. Hadisənin təsvirində məntiqi ardıcıllıq səbəb-nəticə əlaqələrinin nəzərə alınmasında özünü göstərir. İbtidai siniflər üçün hazırlanmış Azərbaycan dili dərsliklərində əks olunan məntiqi materialların mənimsənilməsində bir sıra çətinliklər müşahidə olunur. Bunun əsas səbəbi onların linqvistik və məntiqi dərketməsinin aşağı səviyyədə olmasıdır. Bundan əlavə, məqalədə Azərbaycan dilinin qavranılmasında şagirdlərin psixi proseslərinin inkişaf xüsusiyyətlərinin təsirindən də geniş bəhs olunur.
AÇAR SÖZLƏR
idrak fəaliyyəti, rabitəli nitq, məntiqi tapşırıq, nitq inkişafı, təfəkkür