TƏRƏFDAŞLAR


Məqalələr

Nitq inkişafı ilə bağlı məsələlərin tədrisi

Fəridə Səfərəliyeva
DOI: doi.org/10.48445/p9183-1062-2824-w
ORCID ID: https://orcid.org/0000-0003-1161-5759
Tarix: 25 Sentyabr 2024

XÜLASƏ 

Nitq inkişafı ibtidai siniflərdə ana dili üzrə hər bir məşğələnin əsasını təşkil edir. İnsanın mədəni yetkinliyinin, cəmiyyət üçün yararlı bir şəxsiyyət kimi formalaşmasının meyarlarından biri onun məhz nitq mədəniyyətinə yiyələnməsidir. Bu, orta məktəb qarşısında duran ən mühüm məsələlərdən biridir. Ana dili tədrisinin məqsədi ibtidai siniflərdən başlayaraq şagirdlərin şifahi və yazılı nitqini inkişaf etdirməkdir. Nitq inkişafı üzrə iş zamanı qarşıda duran əsas vəzifə dil və təfəkkürün vəhdət halında inkişaf etdirilməsidir. Uşaqların təfəkkürünü inkişaf etdirməklə biz, şübhəsiz, onların nitqinə təsir göstərir, nitqini inkişaf etdirməklə təfəkkürünü formalaşdırırıq. İbtidai siniflərdən başlayaraq şagirdlər mükəmməl nitqə yiyələnməklə xarici aləm haqqında biliklər əldə edirlər. Nitq mədəniyyətinin yüksək səviyyəsi yalnız dilin bütün sahələri (fonetika, leksika, orfoepiya, söz yaradıcılığı, orfoqrafiya, morfologiya, sintaksis, üslubiyyat və s.) ilə təbii surətdə birləşdirilməsi şəraitində təmin edilə bilər. Nitqdə təbiilik, düzgünlük, təmizlik, zənginlik, aydınlıq, ifadəlilik, emosionallıq, ardıcıllıq kimi normalar gözlənilməlidir. Nitq yalnız fikirlərin ifadə vasitəsi yox, həmçinin onların yaranma mənbəyidir. Ona görə də müəllim nitq ilə yanaşı, şagirdlərin təfəkkürünü də inkişaf etdirməlidir. 


AÇAR SÖZLƏR 

ədəbi tələffüz, nitq normaları, yazılı nitq 


 

Məqaləni yüklə

İNDEKSLƏMƏ