TƏRƏFDAŞLAR


Məqalələr

Leksikologiyanın inteqrativ əsaslı tədrisin qurulmasında rolu

Rəhilə Hümmətova
DOI: doi.org/10.48445/j8372-5205-9974-w
ORCID ID: https://orcid.org/0000-0003-2521-6361
Tarix: 25 Sentyabr 2024

XÜLASƏ 

Müasir dövrdə təhsildə inteqrasiya qaçınılmazdır. İnteqrasiya bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də əsas istiqamətlərdən biridir. Təlimdə inteqrasiya biliklərin hərtərəfli, sistemli mənimsənilməsinə şərait yaratmaqla yanaşı, şagirdlərin dünyagörüşünün inkişafında da böyük rola malikdir. “İnteqrasiya” latın sözü olub, “integratio” bərpaolunma, “integrationis” tam, vahid mənalarını ifadə edir. Tədris prosesində inteqrasiyadan istifadə şagird biliklərinin bir-biri ilə əlaqələnməsində, sistemləşməsində böyük rola malik olmaqla yanaşı, onların tədqiqatçı kimi formalaşmasında da xüsusi əhəmiyyətə malikdir. Məqalədə dilçiliyin leksikologiya şöbəsinin qoşmanın tədrisi zamanı inteqrasiyanın qurulmasındakı rolundan, istifadə ediləcək pedaqoji üsul və vasitələrdən söhbət açılır. 


AÇAR SÖZLƏR 

leksik-semantik məna,  leksik təhlil, omonim,  inteqrasiya, alqoritm 

Məqaləni yüklə

İNDEKSLƏMƏ