Məhəmməd Əmin Rəsulzadə və dil məsələləri
İmran VerdiyevDOI: doi.org/10.48445/w0562-7251-0544-w
ORCID ID: https://orcid.org/0009-0001-5147-544X
Tarix: 25 Sentyabr 2024
XÜLASƏ
Məqalədə Azərbaycanın tanınmış dövlət xadimi M.Ə.Rəsulzadənin ana dili barədə görüşlərindən bəhs edilir, millətin var olmasında, tərəqqisində ana dilinin rolu və əhəmiyyəti haqqında fikirləri açıqlanır. Məqalədə həmçinin görkəmli ictimai-siyasi xadimin ana dilinin qorunması və inkişafı uğrunda mübarizəsindən, məktəblərdə ana dilinin tədrisi, imla qaydalarının yaradılması, ortaq türk dili və ortaq əlifba məsələlərinə münasibətindən bəhs edilir. Bunun üçün müsəlman şərqində ilk Cümhuriyyət qurucusunun əsərlərindəki fikirlərə istinad olunur.
AÇAR SÖZLƏR
M. Ə. Rəsulzadə, millət, ana dili, dilin saflığı, ortaq dil