TƏRƏFDAŞLAR


Məqalələr

Kiçik yaşlı məktəblilərdə şifahi nitqin inkişafı xüsusiyyətləri

Gülnarə Əlixanova
DOI: doi.org/10.48445/m7328-8040-6627-j
ORCID ID: https://orcid.org/0000-0002-5241-0250
Tarix: 25 Sentyabr 2024

XÜLASƏ 

Məqalədə ibtidai sinif şagirdlərinin nitq inkişafına təsir edən amillər araşdırılır. Qeyd olunur ki, gələcəyin qurucuları olan müasir şagirdlərin bir şəxsiyyət kimi formalaşıb cəmiyyət üçün faydalı olmaları onların nitq mədəniyyətinə nə dərəcədə yiyələnmələrindən asılıdır. Mükəmməl nitqə yiyələnən şagird ətraf aləmi yaş səviyyəsinə uyğun dərk edir, fikir və duyğularını sərbəst şəkildə ifadə etməyi bacarır. İbtidai sinif şagirdinin nitqinin əsas xüsusiyyətləri bunlardır: nitqin məzmunu, məntiqi, aydınlığı, ekspressivliyi, düzgünlüyü. Bunlara nail olduqdan sonra uşaqlarda nitq mədəniyyəti, şifahi, yazılı nitqdə səhvləri müəyyənləşdirib düzəltmək bacarıqları inkişaf edir. Sözlərin köməyi ilə insan başqasından aldığı məlumatı dərk edərək onu mövcud biliklərlə əlaqələndirir, qərarlar qəbul edir, qarşıdakı fəaliyyətini planlaşdırır, əldə edilən nəticəni nəzərdə tutulan məqsədlə müqayisə edir, hərəkətlərini izləyir və tənzimləyir. Düzgün inkişaf etmiş nitq şagird üçün məktəbdə uğurlu təlim vasitəsidir. Digər tərəfdən, dili və nitqi yaxşı mənimsəmək təbiət və cəmiyyətdə baş verən mürəkkəb əlaqələri anlamağa kömək edir.  


AÇAR SÖZLƏR 

dil, şifahi nitq, nitqininkişafı, dərketməkiçikyaşlılar 


 




 


 


 

Məqaləni yüklə

İNDEKSLƏMƏ