Şimal dialektlərində və qıpçaq dillərində feil, onun quruluşca növləri
Könül SəmədovaDOI: doi.org/10.48445/c2426-7458-3588-z
ORCID ID: https://orcid.org/0000-0003-2085-1059
Tarix: 25 Sentyabr 2024
XÜLASƏ
Şimal ləhcəsi dialekt və şivələrimizdə feillərin işlənməsində, onların zamana, şəxsə görə dəyişməsində müasir ədəbi dilimizdən, eləcə də başqa dialekt və şivələrdən seçilən bir sıra səciyyəvi xüsusiyyətlərə rast gəlinir. Həmin xüsusiyyətlər dilimizin tarixi dövrlərini və ümumən türk dillərinə aid qədim forma və ya hadisələri özündə daha yaxşı qoruyub saxlamışdır. Feillə bağlı olan müxtəlif qrammatik kateqoriyaların şimal qrupu dialekt və şivələrində müasir ədəbi dilimizə nisbətdə daha genişdir. Müasir ədəbi dilimizdə konkret bir məna ilə sabitləşən bu və digər bir qrammatik forma şimal dialektlərində çoxmənalı xarakter daşıyır və öz əsas mənasından əlavə, başqa mənalar da ifadə edə bilir. Bu baxımdan feilin quruluşca növlərini dialektlər səviyyəsində tədqiq etmək lazım gəlir.
AÇAR SÖZLƏR
feil, qrammatik kateqoriyalarfeili dialektizmlər, feillərdə zaman anlayışı