Türk dillərinin tarixi sintaksisi
Ramil ZeynalovDOI: https://dx.doi.org/10.48445/TAIIJ.2021.81.29.001
ORCID ID: https://orcid.org/0000-0002-4669-1201
Tarix: 20 Dekabr 2023
XÜLASƏ
Müstəqillik əldə edildikdən sonra ölkəmizdə dilçilik sahəsində bir sıra uğurlar əldə edilib ki, bunlardan biri də Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin Azərbaycan dilinə tərcümə edilməsidir. Bu tərcümədən sonra türkoloji araşdırmaların mərkəzi olan Azərbaycanda bu fundamental lüğətin araşdırılmasına və ciddi əsərlər yazılmağa başlandı. Türk dillərinin tarixi sintaksisini araşdıraraq onun inkişaf yolunu izləmək üçün əsərdə işlənən atalar sözü və məsəllərin mühüm əhəmiyyəti vardır. Bu nümunələrin sintaktik xüsusiyyətlərinin araşdırılması Azərbaycan dilçiliyi ilə yanaşı, türkoloji dilçilik üçün də mühüm faktların meydana çıxarılmasına şərait yaratmışdır. Əsərdə atalar sözü və məsəllərdə işlədilən söz birləşmələrinin növlərini və bu birləşmələrə aid sözlər arasındakı sintaktik əlaqələrin (yanaşma, idarə, uzlaşma) müasir Azərbaycan dili ilə müqayisəsini vermək türk dillərində, o cümlədən Azərbaycan dilində bu tip birləşmələrin tarixi inkişafını öyrənmək baxımından olduqca mühüm materiallar verir.
AÇAR SÖZLƏR
sintaksis, dilçilik, M.Kaşğari, türk dilləri