Bədii əsərlərdə obrazlar qalereyasının nəzəriyyəsi
Ulduz QəhrəmanovaDOI: doi.org/10.48445/z2180-8723-9400-d
ORCID ID: https://orcid.org/0009-0003-4418-9319
Tarix: 27 Sentyabr 2024
XÜLASƏ
Dünya ədəbiyyatının ilk obrazı, bədii təsvirin qayəsi, şübhəsiz ki, insandır. İnsanı təsvir etmək onun həyatını canlandırmaq deməkdir. Hər bir əsər həyat hadisələrinin obrazlı ifadəsi, cəmiyyətin, tarixin güzgüsüdür. Lakin əsərlərdə təqdim edilən həyat hadisələri olduğu kimi deyil, yazıçı tərəfindən müdaxilə edilərək təsvir olunur. Bədii əsərdə həyat hadisələri öz ifadəsini obrazlarda tapır. Belə ki, yazıçı həyat faktlarını ümumiləşdirir, onu surətlər fonunda oxucuya çatdırır. Surətlərin fərdi xüsusiyyətlərinin məcmusu xarakter əmələ gətirir. Xarakter psixoloji anlayışdır. Bədii əsərdə surətin xarakterə çevrilməsi bu obrazın məqsəd uğrunda qətiyyətlə mübarizə aparmasından irəli gəlir. Başqa sözlə, bədii xarakter çətinliyə baxmayaraq, məqsəd uğrunda mübarizə aparmaqla formalaşır. Tip xüsusi şəraitdə yaranmış tipik xarakterdir. Yazıçı real həyatdan öz niyyətinə uyğun olan insan obrazı yaradır ki, bu da prototip, proobraz adlanır. Prototip, proobraz – əsərdəki bədii qəhrəmanın real həyatdakı surəti deməkdir.
AÇAR SÖZLƏR
obraz, xarakter, tip, tipikləşdirmə, prototip