TƏRƏFDAŞLAR


Məqalələr

Аzərbаycаn və qаzаx ədəbiyyаtının ortаq tənqidi üsluba sahib iki ustаdı – Qаsım bəy Zаkir və Abаy Kunаnbаyev

Aidə Babutcu
DOI: doi.org/10.48445/e3142-1125-7990-b
ORCID ID: https://orcid.org/0000-0001-9606-2086
Tarix: 27 Sentyabr 2024

XÜLASƏ 

Qasım bəy Zakir (1784 − 1857) və Abay Kunanbаyev (1845 − 1904) XIX əsrdə Azərbaycan və qazax sosial-mədəni mühitinin yetişdirdiyi iki maarifpərvər qələm sahibidir. Onlar realizm ənənələrini daha çox tənqidi-satirik üslubda davam etdirmişlər. Bu dövrdə Rusiyaya birləşdirilən iki xalqın milli kimliyinə və mənəviyyatına tamamilə yad olan “mütərəqqi” düşüncə və həyat tərzinin tətbiqi cəmiyyətdə nəzərəçarpacaq təzadlar, qarşıdurmalar yaratmışdı. Bu təzadı dövrün ədəbiyyatında müşahidə edərkən görürük ki, Qasım bəy Zakir və Abay Kunanbayev eyni ədəbi cərəyanın üzvləri kimi bənzər ədəbi üslublarla eyni milli duruşu və fəaliyyəti göstərmişlər. Məqaləmizdə hər iki şairin həyat və yaradıcılığına müqayisəli nəzər salmaqla milli görüşlərindəki əsas başlıqlar və şeirlərindəki səsləşən mövzular nümunələrlə müzakirə olunur. 


AÇAR SÖZLƏR 

Zakir, Abay, türk, Rusiya, fəaliyyət 



Məqaləni yüklə

İNDEKSLƏMƏ