Nəriman Həsənzadənin “Atabəylər” pyesində milli yaddaş: dünən və bu gün
Aysun ƏsədliDOI: doi.org/10.48445/g0793-1471-5789-q
ORCID ID: https://orcid.org/0009-0007-8614-1208
Tarix: 27 Sentyabr 2024
XÜLASƏ
Məqalədə Azərbaycanın görkəmli yazıçısı Nəriman Həsənzadənin “Atabəylər” pyesində milli yaddaş, tarixi keçmişimiz və bu günümüzün müqayisəsi tədqiqata cəlb edilmişdir. Araşdırma ilə tanış olmaq şagird və tələbələrin tariximiz haqqında məlumat əldə etmələri və bu əsərdə qarşıya qoyulan tarixi məsələləri düzgün anlaya bilmələri üçün faydalı ola bilər. Məqalədə həmçinin pyesdəki əsas obrazların təhlilinə və onların tariximizdə hansı mövqe tutduqlarına dair məlumatlara da yer verilmişdir. Tədqiqat işinin aparılmasında təsviri, müqayisəli və müşahidə metodlarından istifadə olunmuşdur.
AÇAR SÖZLƏR
milli yaddaş, dünən və bu gün, mənzum faciə