Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərində isimlərin etimoloji təhlili
Zülfiyyə KərimovaDOI: doi.org/10.48445/f0415-3700-1152-j
ORCID ID: https://orcid.org/0009-0007-8013-6889
Tarix: 27 Sentyabr 2024
XÜLASƏ
Dil ictimai xarakterə malik hadisə və əsas etibarilə cəmiyyətin varlığıdır. Azərbaycan dili rəngarəng və zəngin semantik sistemə malik dillərdəndir. Azərbaycan dilinin lüğət tərkibinin zənginliyini ehtiva edən söz qruplarından biri də isimlərdir. Kök sözlərin araşdırılmasında etimoloji tədqiqatlara xüsusi üstünlük verilmişdir. Tədqiqatlar göstərir ki, təkhecalı isim kökləri çoxhecalı isim köklərə nisbətən daha qədimdir. Əksər çoxhecalı isimlər məhz təkhecalı köklər əsasında formalaşmışdır. Bununla da, çoxhecalı isimlər xüsusi inkişaf mərhələsi keçərək dilin lüğət tərkibini zənginləşdirmişdir. Məqalədə Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərindən təqdim edilən nümunələr əsasında isimlərin etimoloji təhlili aparılır.
AÇAR SÖZLƏR
isim, kök, etimologiya, semantika