Mirzə Şəfi Vazehin yaradıcılığında multikultural dəyərlər və tolerantlıq
Pərixanım Soltanqızı (Hüseynova)DOI: doi.org/10.48445/w8130-6015-5357-z
ORCID ID: https//orcid.org/0000-0001-9391-6162
Tarix: 27 Sentyabr 2024
XÜLASƏ
Tədqiqatın obyektini Mirzə Şəfi Vazehin yaradıcılığında multikultural dəyərlər və tolerantlıq təşkil edir. Müəllif bu məqsədlə şairin “Nəğmələr”ini tədqiq edir, “din təəssübkeşləri”ni, xalqlar arasına fitnə-fəsad salan ruhaniləri, qadın hüquqsuzluğunu və s. məsələləri təhlilə cəlb edir. Şairin Bodenştedtlə münasibəti, nəğmələrini tərcümə və çap üçün ona verməsi, Bodenştedtin nəğmələri öz adına çıxarması və s. məsələlərə toxunulur. Məqalədə “Nəğmələr”in digər dillərə tərcümə olunması, bəşəri xarakter daşıması, rus sənətkarlarının şairin şeirlərinə münasibəti də öz əksini tapır. Tədqiqatçı burada şairin humanizmini, digər xalqlara, onların dinlərinə tolerant münasibətini araşdırır. “Nəğmələr”də yəhudi peyğəmbəri Musanın, xristian peyğəmbəri İsanın xatırlanması şairin digər dinlərin müqəddəslərinə münasibətinin, təzahürü kimi şərh edilir. Şairin pedaqoji fəaliyyəti, dərslik müəllifi kimi üzləşdiyi çətinliklər və digər məsələlərin tədqiqatda problem kimi qoyulması diqqət cəlb edir. Tədqiqatçı elmi polemikaya geniş yer verir, fikir və mülahizələrini sitatlar üzərində əsaslandırır.
AÇAR SÖZLƏR
poetika, realizm, maarifçilik, humanizm, tolerantlıq