Media xəbər diskursunda endoforik proformlar
Mehriban MönsümovaDOI: doi.org/10.48445/t0587-3795-4249-z
ORCID ID: https://orcid.org/0000-0001-6527-6874
Tarix: 27 Sentyabr 2024
XÜLASƏ
Dilimizdə “əvəzliklər” adlandırdığımız proformlar, media xəbər mətnlərinin daxilində qrammatik koheziya vasitəsi olaraq əlaqəlilik yaratmaqla bərabər, operativ və ən kiçik jurnalistika janrının müəyyən özəlliklərinə uyğunluğu nöqteyi-nəzərindən aktualdırlar. Lakin əvəz etdiyi referensə görə, yerləşmə mövqeyindən asılı olaraq, anafora və katafora adlandırılan endoforik proformların media xəbər mətnlərində aktuallığı eyni dərəcədə deyil. Bu da anafora ilə kataforanın malik olduqları fərqli xüsusiyyətlərindən irəli gəlir. Məqalənin məqsədi anafora ilə kataforanın media xəbər diskursunda mövqelərini müşahidə edərək onları əlaqəlilik vasitəsi kimi və xəbər janrının xüsusiyyətlərinə uyğunluğu baxımından özəlliklərini araşdırmaqdır.
AÇAR SÖZLƏR
anafora, katafora, koheziya, xəbər diskursu