Qrammatikanın kommunikativ tədrisinin psixo-linqvistik əsasları
Nərminə RəcəbovaDOI: doi.org/10.48445/p8442-8805-1737-s
ORCID ID: https://orcid.org/0000-0003-2558-5458
Tarix: 27 Sentyabr 2024
XÜLASƏ
Məqalədə qrammatikanın kommunikativ tədrisi, onun psixoloji və linqvistik əsaslarından bəhs olunur. Məlum olduğu kimi, müasir dövrdə xarici dil tədrisinin əsas məqsədi kommunikasiyadır. Qrammatikasız kommunikasiya isə, demək olar ki, mümkün deyil. Qrammatikanın kommunikativ tədrisi dedikdə, kommunikasiya məqsədilə ilə tədris edilən qrammatika nəzərdə tutulur. Tədqiqat işində qrammatikanın psixoloji və linqvistik əsaslarını müəyyən edərkən H. H. Klark, D. Nunan, J.R.Anderson, T. Payls və A. Con kimi görkəmli tədqiqatçıların araşdırmalarına istinad edilmişdir. Məqalədə qeyd edilir ki, ingilis dili qrammatikasının öyrənilməsi və özününküləşdirilməsinin psixoloji əsaslarına qavrama, diqqət, yaddaş, düşünmə, yaradıcı fəaliyyət və təsəvvür daxildir. Məlum olduğu kimi, ingilis dilinin müxtəlif variantları mövcuddur. Məqalədə bu variantlardan hansının tələbələrə tədris edilməli olduğu əsaslandırılmış və qrammatikanın tədrisinə verilən proqram tələbləri müəyyən edilmişdir.
AÇAR SÖZLƏR
qrammatikanın kommunikativ tədrisi, psixoloji əsaslar, linqvistik əsaslar, proqram tələbləri