TƏRƏFDAŞLAR


Məqalələr

Durğu işarələrinin tədrisində qarşıya çıxan aktual problemlər

Mətanət Mehdiyeva
DOI: doi.org/10.48445/g8493-5608-4055-j
ORCID ID: https://orcid.org/0009-0005-0068-4590
Tarix: 27 Sentyabr 2024

XÜLASƏ 

Bu gün durğu işarələri ilə bağlı müəyyən qayda və normalar mövcuddur. Bəzən onların say etibarı ilə çoxluq təşkil etməsi, bəzən praktikada tətbiqinin mümkünsüzlüyü, bəzən də elmi mülahizələrin bədii mətnlər üzərində aparılması müəyyən çətinliklərə səbəb olur. Hazırkı dövrdə durğu işarələrinə aid yetərincə ədəbiyyatlara rast gəlmək mümkündür. Amma orada verilən qaydaların əksəriyyətinin təkrar olduğunun şahidi oluruq. Bu sahədə yeni fikirlər formalaşmalı, tədqiqatlar aparılmalıdır. Mübahisəli, birmənalı qəbul olunmayan məsələlərə aydınlıq gətirilməli, istər orta, istərsə də ali məktəb qrammatikasının “Sintaksis” bölməsində bu məsələlər yer almalıdır. Fikrimizcə, bu gün sosial şəbəkələrdə istifadə olunan müəyyən şərti işarələr də sistemləşdirilə bilər. Punktuasiya qaydaları sabitləşsə, ondan istifadə qaydaları da dəqiq və elmi olar. 


AÇAR SÖZLƏR 

durğu işarələri,  vergül, intonasiya 

Məqaləni yüklə

İNDEKSLƏMƏ