TƏRƏFDAŞLAR


Məqalələr

Azərbaycan dili dərslərində oxu təliminin formalaşdırılması imkanları

Könül Məmmədova
DOI: doi.org/10.48445/z8500-4527-5940-x
ORCID ID: https://orcid.org/0000-0001-8664-4912
Tarix: 27 Sentyabr 2024

XÜLASƏ 

Məqalədə ibtidai siniflərdə oxu məzmun xəttinin əsas aparıcı istiqamətlərindən bəhs edilir. Qeyd olunur ki, ibtidai siniflərdə ana dili tədrisinin ən mühüm vəzifələrindən biri oxu təlimidir. Gənc nəslin təlim-tərbiyəsində müstəsna rol oynayan oxu məşğələləri vasitəsilə şagirdlər hələ aşağı siniflərdə dünya, cəmiyyət, təbiət və s. haqqında ilkin elmi təsəvvürlər əldə edirlər. Oxu prosesində ən vacib məsələ şagirdlərdə ətraf aləm haqqında düzgün obrazlı təsəvvürlər əsasında yeni biliklər formalaşdırmaqdan ibarətdir. Bu, yuxarı siniflərədək davam edir və oxunun məzmunu hər bir dövrdə – məktəbdən sonrakı dövrlərdə və bütün həyat boyu ideya-siyasi, mənəvi və estetik tərbiyəni təmin etməyə xidmət edir.  


AÇAR SÖZLƏR 

oxu məzmun xətti, düzgünlük, sürətlilik, şüurluluq, ifadəlilik 


 




 


 


 

Məqaləni yüklə

İNDEKSLƏMƏ