Poetik əsərlərdə dilin rolu
Sədaqət HəsənovaDOI: doi.org/10.48445/a9487-9346-6504-l
ORCID ID: https://orcid.org/0000-0002-0839-8469
Tarix: 27 Sentyabr 2024
XÜLASƏ
Məqalədə dil və üslub məsələlərindən bəhs olunur. Bu baxımdan poetik əsərlərin dili təhlilə cəlb edilərək onların özünəməxsus xüsusiyyətləri üzə çıxarılır. Məqalədə həmçinin müxtəlif şairlərin yaradıcılığına müraciət edilir, üslub özəlliyi və deyim gözəlliyinə malik olan əsərlərin poetik dilin inkişafındakı rolu diqqətə çatdırılır. Poetik dilin inkişaf edib zənginləşməsində söz sənətkarlarının əməyinin əhəmiyyəti vurğulanır. Bildirilir ki, onların yaratdığı yeni söz və ifadələr poeziyanın üslub keyfiyyətlərinin zənginləşməsinə müsbət təsir göstərir.
AÇAR SÖZLƏR
dil, söz, üslub, ifadə, poeziya