Bədii əsərin süjet quruluşunda mifologizmlər (Mövlud Süleymanlının “Dəyirman” povesti əsasında)
Sevinc ƏliyevaDOI: https://dx.doi.org/10.48445/TAIIJ.2021.69.23.001
ORCID ID: https://orcid.org/0000-0002-5666-168X
Tarix: 20 Dekabr 2023
XÜLASƏ
XX əsrin 70-80-ci illərində mifologizm geniş vüsət tapdı. Bu dövrdə M.Süleymanlı əsərlərində mifologizmlərdən daha çox istifadə etmiş sənətkarlardan biri kimi ədəbiyyat tarixinə düşdü və onun əsərləri yeni ədəbi qənaətlər baxımından da səciyyəvi hesab olundu. Sənətkarın yaradıcılığında rast gəldiyimiz mifologizmlər, folklorizmlər, folklor nümunələri yazılı ədəbiyyatın ədəbi-estetik yaxınlığını təyin edən amillərdən biri kimi diqqətimizi cəlb edir. Məhz bu səbəbdən, Azərbaycan bədii nəsrinin inkişafının bədii sənətkarlıq baxımından dolğunlaşmasında, folklor yaradıcılığına müxtəlif yönümdən yanaşılmasında, eləcə də zamanın tələblərindən doğan yeni ideya və məzmunla zənginləşməsində M.Süleymanlının xidmətləri xüsusi vurğulanır. Onun bədii nəsri öz müasirliyi, xəlqiliyi, sənətkarlığı və folklor ruhunun zənginliyi ilə seçilərək folklor mədəniyyətimizin inkişafında müstəsna rol oynamışdır.
AÇAR SÖZLƏR
M.Süleymanlı, mifologizm, folklorizm, bədii yaradıcılıq, yazılı ədəbiyyat, yazıçı, ədəbi nəticələr