TƏRƏFDAŞLAR


Məqalələr

Kurikulum üzrə ədəbiyyat dərslərində B.Vahabzadənin həyat və yaradıcılığının öyrədilməsi imkanları

Bilal Həsənli
DOI: https://dx.doi.org/10.48445/TAIIJ.2021.45.25.007
ORCID ID: https://orcid.org/0000-0002-6964-0546
Tarix: 20 Dekabr 2023


XÜLASƏ 

Gənc nəslin xalq şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı ilə ilk ciddi tanışlığı ümumtəhsil məktəblə-rində ədəbiyyat dərslərindən başlanır. Ədəbiyyat dərslə-rində görkəmli sənətkarın şəxsiyyəti və yaradıcılığının bü-tövlüyü, vəhdəti, vətəndaşlıq mövqeyi, xalqımızın istiqlal  mücahidi olması şagirdlərdə aydın təsəvvür yaradılmalı-dır. Bu məqsədlə təlim prosesində kurikulumun tələbinə uyğun olaraq, müzakirə, diskussiya, təqdimat, problemin həlli, debat, təqdimat və s. interaktiv metodlardan məqsədyönlü istifadə, şagirdlərin tədqiqatçılıq fəaliyyətinin, əlavə mənbələr üzrə işinin təşkili zəruridir. Təlimi prose-sində ədibin Azərbaycanın müstəqilliyi, türk xalqlarının birliyi uğrunda mübarizə aparmasından söz açılmalıdır. Ədəbiyyat dərslərində sənətkarın həyat və yaradıcılığı, monoqrafik şəkildə öyrənilən əsərləri müzakirə olunar-kən, şairin vətəndaşlıq qayəsi, mövqeyi, həyatı boyu apar-dığı istiqlal mücadiləsi konkret nümunələr əsasında, əlavə mənbələrdən istifadə ilə aydınlaşdırılmalıdır. 


 AÇAR SÖZLƏR 

istiqlal, azadlıq, şeir, poema, xalq, milli, ədəbiyyat dərsləri, qırmızı imperiya, ana dili, mübarizə

Məqaləni yüklə

İNDEKSLƏMƏ