İbtidai siniflərin Azərbaycan dili dərslərində şagirdlərin humanizm tərbiyəsinin formalaşdırılması imkanları
Könül MəmmədovaDOI: doi.org/10.48445/b6823-8418-5420-u
ORCID ID: https://orcid.org/0000-0001-8664-4912
Tarix: 26 Noyabr 2024
XÜLASƏ
Məqalədə ibtidai siniflərdə tədris olunan Azərbaycan dili dərslərində şagirdlərdə humanizm tərbiyəsinin aşılanması yollarından bəhs olunur. Humanizm insan cəmiyyətinin məhsuludur. Belə ki, bu cəmiyyətdə yaranmış tələbatlar əmək prosesində meydana gəlmişdir. Davranış normaları adi vaxtlarda, əmək prosesində, eləcə də istirahət zamanı müəyyən qaydaların yerinə yetirilməsinə ehtiyac olan dövrdən yaranmağa başlamışdır. Bu normalar insanın ictimaiyyət, kollektiv, eləcə də ayrı-ayrı insanlarla münasibətini müəyyənləşdirir. Müstəqillik qazandığımız müasir dövrdə cəmiyyətdə mənəvi dəyərlərin rolu xeyli artmış, mənəvi amillərin təsir dairəsinin genişlənməsinə ehtiyac yaranmışdır.
AÇAR SÖZLƏR
humanizm, müstəqillik, vətənə məhəbbət, mənəvi dəyərlər, insani münasibət