Publisistik üslubda olan hərbi mətnlərin janr müxtəlifliyi
Lütviyyə NəsibovaDOI: doi.org/10.48445/r8993-3735-4428-y
ORCID ID: https://orcid.org/0000-0002-9527-3604
Tarix: 26 Noyabr 2024
XÜLASƏ
Məqalədə hərbi mətnlərin üslub xüsusiyyətlərindən bəhs olunmuş, publisistik üslubda yazılan mətnlərin əhəmiyyəti və vacibliyi vurğulanmış, həmçinin bu üslubda olan hərbi diskurs janrları sadalanmışdır. Kursantların nitq mədəniyyətinin formalaşmasında, eləcə də ingilis dilinin tədrisində publisistik üslubda olan mətnlərin rolu qeyd edilmişdir. Məqalədə publisistik üslubun ən tipik janrları – müsahibə, icmal, şərh və son vaxtlar daha çox istifadə olunan brifinqlər haqqında məlumat verilmiş, nümunələr əsasında müqayisələr aparılmışdır. Hərbi təhsil müəssisələrində müxtəlif üslubda olan hərbi mətnlərin istifadəsinin kursantların dil biliklərinin zənginləşməsi istiqamətində əhəmiyyəti diqqətə çatdırılmışdır. Funksional üslub baxımından və kursantların üslub seçimində əhəmiyyətli olduğuna əsaslanaraq elmi məqaləni aktual hesab edirik.
AÇAR SÖZLƏR
icmal, şərh, brifinq, müsahibə, kütləvi informasiya vasitələri nümayəndələri