TƏRƏFDAŞLAR


Məqalələr

Nizami Gəncəvinin ideya və ideallarının bəşəriliyi və müasirliyi

Yaqub Babayev
DOI: https://dx.doi.org/10.48445/TAIIJ.2021.45.48.001
ORCID ID: https://orcid.org/0000-0002-2220-1378
Tarix: 20 Dekabr 2023


XÜLASƏ 

Məqalədə dahi Azərbaycan şairi Nizami Gəncəvinin ideya və ideallarının bəşəriliyi, müasirliyi araşdırılır. Göstərilir ki, Nizami XII əsrdə yaşayıb yaratsa da, onun ideyalarının, ideallarının əksəriyyəti müasir dövrümüzlə səsləşir. Eyni zamanda bunlar bəşəri mahiyyət kəsb edir. Əlbəttə, Nizaminin ideyalar və ideallar aləmi geniş və çoxşaxəli olduğu üçün bir məqalədə onu tam şəkildə əhatə etmək imkan xaricindədir. Ona görə də müəllif burada deyilən problemlə bağlı bəzi xətlərə toxunmuşdur. Eyni zamanda göstərmişdir ki, ali və orta məktəblərdə şairin həyat və yaradıcılığı tədris olunur. Tələbələrin və şagirdlərin sənətkarın əsərlərinin dəyərini daha yaxşı dərk etməsi üçün onlar bu əsərlərdə irəli sürülən ideyaların müasirliyini, bəşəriliyini anlamalıdırlar. Məqalədə Nizaminin insana münasibəti, humanizmi, kamil şəxsiyyət, ictimai ədalət, hökmdar və xalq, ideal cəmiyyət barədə baxışları, eşq fəlsəfəsi, qadına münasibəti və s. məsələlər yığcam şəkildə şərh edilir. 


AÇAR SÖZLƏR 

Nizami Gəncəvi, ideyalar aləmi, ideallar aləmi, bəşərilik, müasirlik, Nizaminin tədrisi, orta məktəb, ali məktəb 

Məqaləni yüklə

İNDEKSLƏMƏ