“Füyuzat” jurnalında ana dili məsələsi
Türkan MəcidovaDOI: https://doi.org/10.48445/i2329-9068-3091-z
ORCID ID: https://orcid.org/0000-0002-9384-969X
Tarix: 20 Mart 2025
XÜLASƏ
Bir millətin ömrü adi bir
insan ömrünə bənzəyir. Bir xalqın ədəbiyyatının da ömrü elə adi bir insan həyatına
oxşayır. Necə ki, insan ömür sürüb yaşa dolduqca kamilləşir, səhvlərindən,
doğrularından nəticə çıxararaq yüksəlirsə, ədəbiyyat da kiçik addımlarla irəliləyərək
kamilləşir, yüksəlir. Məhz XX əsr Azərbaycan ədəbiyyatını həmin “kamilləşmə mərhələsi”
hesab edə bilərik. Bu əsr digər sahələrdə olduğu kimi, ədəbiyyatın da çiçəkləndiyi,
yeni inkişaf yoluna qədəm qoyduğu bir mərhələdir. Bildiyimiz kimi, aktuallığını itirməyən mövzulardan
biri də ana dili ilə bağlıdır. Ədəbiyyatda ana dili məsələsini araşdırarkən
“Füyuzat” jurnalında fəaliyyət göstərən şairlərin yaradıcılığına nəzər salmaq
lazımdır. Jurnal həm ideya istiqaməti, həm də dil özünəməxsusluğu ilə ədəbi
fikir tariximizdə müstəsna əhəmiyyətə malikdir. Bu baxımdan, “Füyuzat”
jurnalının hərtərəfli araşdırılması daim diqqət mərkəzində saxlanılmalıdır.
AÇAR SÖZLƏR
“Füyuzat”, ana dili, mətbuat dili, milli mətbuat