TƏRƏFDAŞLAR


Məqalələr

Müasir şəxsiyyətin formalaşdırılmasında müəllimin rolu

Dürdanə Əsgərova
DOI: doi.org/10.48445/l7780-4773-3143-e
ORCID ID: https://orcid.org/0000-0001-9121-129X
Tarix: 25 Yanvar 2024


XÜLASƏ 

Müasir müəllim şagirdin potensial imkanlarını nəzərə almaqla onu inkişafa istiqamətləndirməyi bacaran fаsilitator-bələdçi, şagird isə tədqiqatçı rolunda çıxış edir. Lakin unutmaq olmaz ki, şagirdin tədqiqatçılıq fəaliyyətini təşkil edən, onu istiqamətləndirən, uğurlu motivasiya quran, iş vərəqləri tərtib edən, meyarlar cədvəli hazırlayan, şagirdlərin fəaliyyətini stimullaşdıran məhz müəllimdir. Təlim prоsеsinin səmərəliliyi müəllimin dərsə hazırlığından çох asılıdır. O, təlim nəticələrinin reallaşdırılması, dərsdə qarşıya qоyulan məqsədin yеrinə yеtirilməsi, təhsilləndirici, tərbiyələndirici və inkişafеtdirici vəzifələrin kompleks həyata keçirilməsi üçün məsuliyyət daşıyır. Məqalədə müasir müəllimin cəmiyyətdə yüksək rolu və xarakterik xüsusiyyətləri nəzərə alınaraq qeyd olunur ki, o, hər zaman cəmiyyətin aparıcı qüvvəsi olmuşdur. Qloballaşan dünyamızda və İKT-nin həyat normasına çevrildiyi bir dövrdə belə müəllim əməyi əvəzedilməz olaraq qalmaqdadır. 


AÇAR SÖZLƏR 

pedaqoji proses, bələdçi-müəllim, şagird şəxsiyyəti,  fəal təlim 

Məqaləni yüklə

İNDEKSLƏMƏ