TƏRƏFDAŞLAR


Məqalələr

Heydər Əliyevin mədəniyyət siyasətində dil faktorunun strateji əhəmiyyəti

Dünya Məmmədli
DOI: https://doi.org/10.48445/r4255-7065-8764-y
ORCID ID: https://orcid.org/0000-0003-3879-1437
Tarix: 24 Aprel 2025

XÜLASƏ

“Heydər Əliyevin mədəniyyət siyasətində dil faktorunun strateji əhəmiyyəti” adlı məqalə Ulu öndərin mədəniyyət siyasətində dilin mühüm rolunu araşdırır. Məqalədə dilin yalnız ünsiyyət vasitəsi deyil, Azərbaycanın milli kimliyini, mədəniyyətini, tarixini qorumaq və inkişaf etdirmək üçün əsas amil olduğu fikri vurğulanır. Heydər Əliyev tərəfindən həyata keçirilən dil siyasəti müstəqil Azərbaycan dövlətinin gücləndirilməsi və mədəni irsinin qorunması istiqamətində mühüm rol oynamışdır. Məqalədə Heydər Əliyevin dil siyasətinin əsas elementləri, o cümlədən dilin qorunması üçün hüquqi bazanın yaradılması, latın qrafikasına keçid və Azərbaycan dilinin beynəlxalq aləmdə təbliği müzakirə olunur. Ulu öndərin idarəçiliyi dövründə dilin təhsil, mədəniyyət və dövlət işlərində tətbiqi, Azərbaycan dilinin həm daxili, həm də beynəlxalq səviyyədə tanıdılmasında rolu faktlarla əsaslandırılmışdır. Onun apardığı siyasət gələcək nəsillərin Azərbaycan dilini qoruyub inkişaf etdirməsi üçün əsaslı zəmin yaratmışdır.

 

AÇAR SÖZLƏR

Heydər Əliyev, mədəniyyət siyasəti, dil faktoru, Azərbaycan dili, mədəni irs, dilin qorunması

 


 

Məqaləni yüklə

İNDEKSLƏMƏ